“Kubinka”da yeni binalar tikmək üçün söküntü işləri aparan “RR Constructions” MTK həmin ərazidəki evinə görə 2 milyon manat təzminat istəyən Fidan Süleymanlını xüsusi ittiham qaydasında məhkəməyə verib.
BUTA.TV xəbər verir ki, buna səbəb F.Süleymanlının şirkətinin qanuni təmsilçisi Nadir Abdullayevlə bağlı Tiktokda səsləndirdiyi fikirlərdir. Belə ki, N.Abdullayev iddia ərizəsində qeyd edib ki, F.Süleymanlı özünə aid Tiktok hesablarında onun şəxsiyyətini təhqir edib, barəsində “ermənilər”, “terrorçular”, “türmədə yatan və cinayətkar” və digər ifadələri işlədib.
Nadir Abdullayev bildirib ki, Fidan Süleymanlının hərəkətləri onu mənəvi-psixoloji baxımdan ağır vəziyyətə salıb.
İddiaçı F.Süleymanlının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində 3 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəmədən xahiş edib.
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
Maraqlıdır ki, daha sonra xüsusi ittihamçı elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq icraatda olan cinayət işi ilə bağlı tərəflər arasında yaranmış mübahisə öz həllini tapdığı üçün tərəflərindən xüsusi ittihamdan imtina edildiyini və iş üzrə icraata xitam verilməsini xahiş edib.
Qeyd edək ki, hazırda Fidan Süleymanlının “RR Constructions” şirkətinə qarşı Bakı Apellyasiya Məhkəməsində onun 146 kv.m sahəsi olan evinə 2 000 000 manat ödənilməsinə dair iddia var.
Onu da əlavə edək ki, “RR Constructions” MTK-nın rəhbəri Rafael Abdullayevdir. R.Abdullayev bir müddət əvvəl xuliqanlıq ittihamı ilə həbs edilən, daha sonra şərti cəza alan Oleq Krapivinlə yaxınlığı ilə tanınır. Belə ki, Oleq Krapivin Şirvan İdman Klubunun rəhbəri, Rafael Abdullayev isə vitse-prezidentidir.
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu
- Bakının köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı
- Sabiq hərbi komissar məhkəmə zalında həbs edildi
- M10-da ağlasığmaz oğurluqlar: həbslər var
- Ramiz Mehdiyevlə bağlı qərar verildi
- Qarlı hava nə vaxta kimi davam edəcək?