ABŞ və İsrail ordularının İrana qarşı zərbələri ötən ilin yayında baş verən 12 günlük savaşdan kəskin fərqlənir.
Bu barədə BUTA.TV-a ictimai fəal və siyasi müşahidəçi Əlirza Zamani ABŞ və İsrail ordularının bu gün səhər saatlarından İrana qarşı hərbi əməliyyata başlamaları haqda danışarkən bildirib.
Onun sözlərinə görə, yerli mənbələr hazırda İsrail və ABŞ qüvvələrinin daha məqsədli, daha sərt və hədəfli zərbələr endirdiyi haqda məlumat yayır:
“İranda internetə çıxış tam bloklandığı üçün yerlərdən real məlumat almaq çətinləşib. Ancaq internet bloklanana qədər yerli sakinlərin yaydığı görüntülər və şahidlərin açıqlamaları bu hücumun əvvəlkindən fərqləndiyini düşünməyə əsas verir”.
Ə.Zamani ABŞ lideri Trampın açıqlamasına da diqqət çəkib:
“Donald Trampın İran xalqına müraciətində əhalini evdə qalmağa çağırması və rejim dəyişikliyinə işarə etməsi zərbələrin daha ağır, savaşın isə daha çox davam edəcəyi anlamına gəlir. Bu da ABŞ və İsrailin planlarıyla bağlı çoxsaylı suallar doğurur. İran şahının varisi ilə hansısa sövdələşmə olması da narahatlıq doğuran suallar arasındadır”.
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib
- Ceyhun Bayramovla Zelenski bir arada - Video
- Azərbaycanda ali təhsilli insanların sayı açıqlandı