Qusar rayonunda bədbəxt hadisə baş verib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Gündüzqala kəndi ərazisindən keçən Quru çayda qeydə alınıb.
Belə ki, kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu qəfil yaranan sel suları aparıb.
İlkin məlumata əsasən, son günlər müşahidə olunan yağıntılı hava şəraiti nəticəsində çayda suyun səviyyəsi kəskin artıb və bu da faciəyə səbəb olub.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazidə axtarış-xilasetmə tədbirlərinin aparıldığı bildirilir.
Faktla bağlı araşdırma davam edir.
- Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu - Video
- Məşhur xəritə də Ontario gölünün adını dəyişdi - Foto
- Rus ordusu daha iki kəndi işğal etdi
- Xamenei bütün müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı
- Psixoloq azyaşlı uşağa şiddət göstərdi - Video
- AB-nin qaz ehtiyatları kəskin azaldı
- Tramp Ayda bir obyektə adının verilməsini istəyir