Türkiyəli məşhur müğənni Hande Yener Muğlada keçirilən konsert zamanı prezident Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlətməsi iddiası ilə istintaqa ifadə verməyə çağırılıb.
BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, müğənni səhnədə çıxışı zamanı prezidentə işarə edərək “Bu dövrü çox gözəl devirəcəyik” dediyi iddia olunub.
İstintaq çərçivəsində müğənni barəsində hər hansı saxlanılma tədbiri görülməyib, lakin onun şübhəli şəxs qismində ifadəsinin alınmasına qərar verilib.
Yener prokurorluğa verdiyi ifadəsində bildirib ki, səhnədəki hərəkətləri siyasi mövqe deyil, musiqinin ritmi və tamaşaçıların coşqusuna verilən ani reaksiya olub.
Müğənni qeyd edib ki, fərqli zaman və məkanlarda baş verən hadisələr sanki bir hadisə kimi təqdim olunub. Onun sözlərinə görə, səhnədə tullanması ilə “Bu dövrü devirəcəyik” ifadəsi eyni ana aid deyil.
Yener bildirib ki, həmin ifadə başqa bir konsertində, Harbiyedə keçirilən çıxış zamanı “Bodrum” mahnısına istinadən gənclərə motivasiya xarakterli nitqinin bir hissəsi olub. Onun fikrincə, bu iki ayrı hadisənin birləşdirilməsi məqsədli şəkildə yanlış təqdimatdır.
Sənətçi ifadəsində həmçinin bildirib ki, o, fəaliyyətini hər zaman birləşdirici güc kimi görüb. O, 15 iyul 2016-cı il Türkiyədə çevriliş cəhdi sonrası demokratiya aksiyalarında iştirak etdiyini, Yenikapı mitinqində yer aldığını və prezidentlə müxtəlif tədbirlərdə görüşdüyünü xatırladıb.
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib
- Ceyhun Bayramovla Zelenski bir arada - Video
- Azərbaycanda ali təhsilli insanların sayı açıqlandı