Milyarder Ceff Bezosun sahibi olduğu “Blue Origin” şirkətinə məxsus “New Glenn” yükdaşıma raketi Florida ştatındakı start meydançasında keçirilən sınaqlar zamanı partlayıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə məlumat “NASA Spaceflight” portalının canlı yayımı zamanı ortaya çıxıb.
Yayımlanan videogörüntülərdə raketin alt hissəsində qəfildən parlaq alov qığılcımının yarandığı, ardınca isə güclü partlayışın baş verdiyi aydın şəkildə əks olunub. “Blue Origin” şirkəti rəsmi “X” sosial şəbəkə hesabında sınaqlar zamanı nasazlıq yaşandığını təsdiqləyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilmir.
Xatırladaq ki, ötən ilin noyabrında “Blue Origin” şirkəti “New Glenn” raketinin Marsa planlaşdırılan tarixi uçuşunu son anda ləğv etmişdi. Sözügedən raket ABŞ Aeronavtika və Kosmik Fəza Agentliyinin (NASA) “Escapade” proqramı çərçivəsində Qırmızı planetə iki kosmik aparat daşımalı idi.
- Prezident “Metsamor” təhlükəsindən danışdı - “Gec-tez bağlanmalıdır” - Video
- Bu gün üç rayonda işıq olmayacaq
- Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
- “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
- “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” pley-offda! - Video-Yenilənib
- Bakının bu rayonlarında qaz olmayacaq