Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı bulvarında yay mövsümünün ən böyük tədbirlərindən biri olan “Candy Fest” festivalına start verilib.
“BUTA.TV” xəbər verir ki, iki ay davam edəcək festival Kukla Teatrının yaxınlığında, ənənəvi yarmarka məkanında təşkil olunub.
Uşaqlar, gənclər və ailələr üçün rəngarəng əyləncə proqramları ilə zəngin olacaq festival çərçivəsində hər gün saat 17:00-dan 19:00-dək maraqlı tamaşalar, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları keçiriləcək.
Günün ən yaddaqalan məqamlarından biri isə saat 20:30-dan etibarən təqdim ediləcək möhtəşəm su sirki şousudur. Açıq səma altında keçiriləcək bu şou ziyarətçilərə unudulmaz anlar yaşadacaq.
Ödənişsiz olan “Candy Fest” təkcə uşaqlar üçün deyil, bütün ailə üzvlərinin və gənclərin vaxtını maraqlı və əyləncəli keçirə biləcəyi xüsusi festival məkanıdır.
Fotoqrafımız Xəyal Vəlizadənin festivalın ilk günündən lentə aldığı görüntüləri təqdim edirik:

































- Bu gün üç rayonda işıq olmayacaq
- Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
- “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
- “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” pley-offda! - Video-Yenilənib
- Bakının bu rayonlarında qaz olmayacaq
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri