Sabunçu rayonu ərazisində, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BUTA.TV-a verilən məlumata görə, qəza hərəkətin intensiv olduğu yolda sürücülərdən birinin sürəti azaltması və təhlükəli manevr etməsi nəticəsində qeydə alınıb.
Hadisə zamanı bəzi sürücülərin düzgün ara məsafəsi saxlamaması nəqliyyat vasitələrinin toqquşmasına səbəb olub.
Bildirilib ki, qəzanın baş verməsində əsas amillərdən biri hərəkət iştirakçılarının manevr zamanı təhlükəsizlik qaydalarına tam əməl etməməsi olub.
Qeyd edilib ki, dönmə işığının yandırılması sürücüyə yolda üstünlük vermir və digər hərəkət iştirakçılarının hərəkət trayektoriyasını nəzərə almadan manevr etmək üçün əsas hesab edilə bilməz.
DİN sürücülərə təhlükəsiz ara məsafəsini qorumağı, manevrlər zamanı diqqətli olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
- Bu gün üç rayonda işıq olmayacaq
- Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
- “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
- “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” pley-offda! - Video-Yenilənib
- Bakının bu rayonlarında qaz olmayacaq
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri