Fuad Çıraqov Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə təyin edilib.
BUTA.TV xəbər verir ki, Fuad Çıraqov bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, eləcə də Cənubi Qafqaz Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub.
Bildirək ki, Fuad Çıraqov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavriat və magistratura səviyyələri üzrə bitirib. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində də sosiologiya ixtisası üzrə magistratura təhsili alıb.
Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir.
- Bu gün üç rayonda işıq olmayacaq
- Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
- “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
- “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” pley-offda! - Video-Yenilənib
- Bakının bu rayonlarında qaz olmayacaq
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri