Gürcüstanın Bolnisi bələdiyyəsinin Dəmirli kəndində mayın 31-də dəhşətli hadisə baş verib. Kənd sakini 42 yaşlı qadın yeddi yaşlı oğlunu qətlə yetirib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, sosial şəbəkənin Gürcüstan seqmentində qətlə yetirilən uşağın fotosu yayılıb.
Bildirilib ki, 7 yaşlı Fərrux Əhmədovu anası qayçı ilə öldürüb. Psixi problemləri olan qadının özünə qəsd etməyə hazırlaşdığını görən balaca Fərrux anasını xilas etməyə çalışıb və kömək üçün nənəsini çağırmaq istəyib.
Bu zaman anası 42 yaşlı Svetlana Əhmədova oğlunun ürək nahiyəsindən qayçı ilə xəsarət yetirib. Hadisə zamanı yaxınlıqda qadının daha üç övladı, qətlə yetirilən Fərruxun iki qardaşı və bir bacısı da olub. Ailənin böyük övladı olan Fərrux qan itirdiyi üçün hadisə yerindəcə ölüb, ana hadisədən sonra qayçı ilə özünə də xəsarətlər yetirsə də, həkimlər tərəfindən onun həyatını xilas etmək mümkün olub.
Ailənin hadisəni gizlətməyə cəhd göstərdiyi bildirilir. Lakin qısa zamanda məlumat yayılıb, qadın Gürcüstan polisi tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı danışan kənd sakinləri ailədə heç bir münaqişə olmadığını, ailə daxilində heç zaman hər hansı mübahisə görmədiklərini bildiriblər:
"Gecə eşitdik ki, qonşumuz Svetlana oğlunu qayçı ilə öldürüb. Evdə mərhum uşaqdan başqa digər azyaşlı övladları da olub. Bildiyimə görə, uşaqların gözü qarşısında mətbəxdən qayçı götürərək Fərruxun ürəyinə vurub".
- Bu gün üç rayonda işıq olmayacaq
- Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
- “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
- “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” pley-offda! - Video-Yenilənib
- Bakının bu rayonlarında qaz olmayacaq
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri