Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağli təyin edilən 20 bal limitinə yenidən baxıla bilər. Artıq bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim edilib.
BUTA.TV Xezerxeber.az-a istinadla xəbər verir ki, son günlər sürücülərə tətbiq olunan cərimələr və cərimə balları geniş müzakirə olunur.
Xüsusilə 20 ballıq limitin sürücülər üçün ciddi problem yaratdığı bildirilir. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrincə, limitə yenidən baxıla bilər.
Qeyd olunub ki, dayanma və durma qaydalarının pozulması ilə bağlı bal sistemi yenidən nəzərdən keçirilməlidir. Bu istiqamətdə cərimə sanksiyaları saxlanılmaqla bal sisteminin ləğvi də müzakirə oluna bilər.
Ekspert onu da bildirdi ki, aidiyyatı qurumlar tərəfindən artıq milli məclisə layihə təqdim olunub.
- Bu gün üç rayonda işıq olmayacaq
- Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
- “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
- “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” pley-offda! - Video-Yenilənib
- Bakının bu rayonlarında qaz olmayacaq
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri