“Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib”.
“BUTA.TV” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.
“Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.
Öz oğlunu 6 güllə ilə öldürdü: bıçaqla pul tələb edir, narkoman imiş - ANBAAN DƏHŞƏTLİ VİDEO
Hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Azov dənizinin Taqanroq körfəzində heyətində azərbaycanlıların olduğu “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
- Yağıntılı hava nə vaxtadək davam edəcək?
- Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb
- MİQ-ə hazırlaşanların nəzərinə: Onların nəticəsi ləğv olunacaq
- Həlak olan azərbaycanlılardan ikisinin kimliyi məlum oldu
- Zakir Fərəcov səyyar görüş keçirdi
- Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi
- Azərbaycanda 92 yaşlı alim 50 ildən sonra vəzifədən getdi
- Bu pozuntulara görə cərimə balı ləğv edilə bilər - Deputat