İyunun 11-i saat 10:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir, arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Daşkəsəndə 22, Şəmkirdə 14, Gədəbəydə 13, Tovuz, Kişçayda (Şəki) 11, Goranboyda 8, Göygöldə 6, Qax, Yevlaxda 5, Oğuzda 4, Şahbuz, Mingəçevir, Ağstafa, Zaqatala, Zərdab,Tərtər, Yardımlıda 3, Ordubad, Ağdam, Balakəndə 2, Sədərək, Şərur, Culfa, Bərdə, Gəncə, İmişli, Qəbələ, Şahdağ, Xınalıq, Qusar, Qrız, Göyçay, Naftalan, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.
İyunun 10-da saat 20:10 radələrində Kəlbəcər rayonuna, saat 21:23-21:30 radələrində Gədəbəy rayonuna diametri 18 mm, saat 21:12 radələrində rayonun Düzyurd, Aytala, Gərgər, Qarıkənd, Yenikənd, Maarif, Qaradağ, Arıqdam kəndlərinə, saat 22:05-22:07 radələrində Daşkəsən rayonuna diametri 15 mm, eyni zamanda rayonun Quşçu, Xoşbulaq kəndlərinə, saat 22:20 radələrində Qazax rayonuna, iyunun 11-i səhər saatlarında isə Göygöl rayonuna xırdadənəli dolu düşüb.
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu
- Azərbaycanda 147 milyonluq narkotik məhv edildi
- Növbəti 5 gün yağış yağacaq – Xəbərdarlıq