Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Əlavə məlumat veriləcək.
***
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
FHN-in qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.



- 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı
- Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
- DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq etdi
- Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi
- Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır
- Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıldı
- Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto
- Sabah hava necə olacaq?