Ermənistan yezidi (ezidi) kürdlərinin lideri Knyaz Həsənov Paşinyanın partiyasından yenidən deputat seçilib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Rövşənoğlu danışıb.
O deyib ki, 80-dən çox yaşı olan K.Həsənov illərdir, deputatdır və yezidi kürdlər adından çıxışlar edir:
“Əvvəllər Azərbaycanı da hədələyirdi. Demək, kürd xəbər saytlarından oxudum ki, sən demə, bu Knyaz Həsənovun qızı Narin Nadirova Diyarbəkirin “Amedspor” futbol komandasının idarə heyətinin üzvü imiş. Nurlana Nadirova da elə-belə adam deyil: Qazaxıstan vətəndaşıdır, maliyyəçidir, “Home Credit Bank“a rəhbərlik edib, nüfuzlu şəxsdir.
Bilməyənlərin nəzərinə onu da çatdırım ki, “Amed” Diyarbəkir sözünə qarşı separatçı kürdlərin ortaya atdığı addır. Bu yaxınlarda Diyarbəkirdən olan keçmiş kürd deputat Altan Tan axırda dilə gəldi ki, əslində, “Amed” kürd sözü deyil, qədim Suryani dilindən gəlib. Amma indi Diyarbəkir türk (Ağqoyunlu) adı olduğu üçün separatçı kürdlər onun əvəzinə “Amed” sözünü ortaya atıblar.
Mənə maraqlı gələn ermənistanlı yezidi kürd qadının “Amedspor” komandasının rəhbərliyində yer alması oldu. Bütün dolaşıq işlər həmişə gedib erməni məsələsinə çıxır.
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi