Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək

17:48 - 11 İyun 2026 - GÜNDƏM

 Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi proses şahidlərin dindirilməsi ilə başlayıb.

Bu zaman şahidlərin bəzilərinin prosesə gəlmədiyi məlum olub. Onların əksəriyyəti orta və ali təhsil müəssisələrinin pedaqoqdur.

Məhkəmədə zərərçəkmiş qismində iştirak edən Dövlət İmtahan Mərkəzinin (DİM) hüquqlarını müdafiə edən tərəf həmin şahidlərin məhkəmə prosesinə yenidən çağırılması və ya barələrində məcburi gətirilmə tətbiq edilməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin edilib.

Şahid qismində ifadə verən Gəncə Miqrasiya İdarəsinin nümayəndəsi Vüsal Zeynalov hakimin suallarını cavablandırıb. Bildirib ki, təqsirləndirilən şəxslərdən Gündüz Abbasovu övladının ali məktəbə hazırlıq prosesində tanıyıb. Amma övladında qurğu və ya digər texniki vaistə aşkar edilməyib.

Növbəti məhkəmə proses iyunun 29-na təyin olunub.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol