Bakı və Lənkəran rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, iyunun 12-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Yasamalın Tağı Şahbazi, Azad Mirzəyev, Abdulla Şaiq, Nizami rayonunun Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Zirə ETSİ ərazisində TM-də görüləcək iməcilik işləri ilə əlaqədar fasilə saat 09:00-dan 12:00-dək Qala qəsəbəsi yaxınlığında yerləşən Xaşaxuna bağları yaşayış massivinin bəzi yerlərini əhatə edəcək.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Lənkəran Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra kənd və qəsəbələrdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılacaq. Bəzi 10 kV-luq hava xətlərində gedəcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Sütəmurdov, Velədi, Viyən kəndləri, Aşağı Nüvədi, Gərmətük qəsəbələri, saat 14:00-dan 16:30-dək şəhər ərazisində Şirəli Axundov, Cavanşir, Fikrət Məmmədov, Müzəffər Nəsirli küçələri, rayonun Səpinəkəran və Şürük kəndlərində məhdudiyyət tətbiq olunacaq.
İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
- 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı
- Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
- DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq etdi
- Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi
- Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır
- Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıldı
- Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto
- Sabah hava necə olacaq?