2026-cı il FIFA Dünya Çempionatının açılış oyunu rekord göstərici ilə yadda qalıb.
“BUTA.TV” xəbər verir ki, Meksika ilə Cənubi Afrika arasında keçirilən qarşılaşmada hakim Vilton Pereyra Sampaio üç futbolçuya qırmızı vərəqə göstərib.
Bununla da görüş DÇ tarixində ən çox qırmızı vərəqənin qeydə alındığı açılış matçı olub.
Turnirin ev sahiblərindən biri olan Meksika “Azteka” stadionunda baş tutan A qrupu oyununda Cənubi Afrikanı 2:0 hesabı ilə məğlub edib.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Meksikalılar oyuna sürətli başlayıblar. Qarşılaşmanın 9-cu dəqiqəsində Xulian Kinyones hesabı açaraq 2026-cı il DÇ-nin ilk qolunun müəllifi olub. İlk hissə Meksikanın minimal üstünlüyü ilə başa çatıb.
İkinci hissənin əvvəlində Cənubi Afrika çətin vəziyyətə düşüb. Sphephelo Sitole 49-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Say üstünlüyündən yararlanan Meksika 67-ci dəqiqədə Raul Ximenezin qolu ilə fərqi artırıb. Qarşılaşmanın sonlarında isə qırmızı vərəqələr ard-arda gəlib. Cənubi Afrikadan Temba Zvane 84-cü dəqiqədə, Meksikadan Sezar Montes isə əlavə olunmuş vaxtda meydandan qovulub.
Beləliklə, Meksika oyunu 10, Cənubi Afrika isə 9 futbolçu ilə başa vurub.
Bu nəticə ilə Meksika mundiala 3 xalla başlayıb. Cənubi Afrika isə turnirdə ilk məğlubiyyətini alıb.
Maraqlı məqamlardan biri də odur ki, 2022-ci il Dünya Çempionatında keçirilən 64 oyunda cəmi 4 qırmızı vərəqə göstərildiyi halda, 2026-cı il mundialının ilk matçında artıq 3 qırmızı vərəqə qeydə alınıb. Bu göstərici açılış oyunu üçün DÇ tarixinin rekordu hesab olunur.





- Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
- Ağstafada kişi meyiti tapıldı
- İki qadının boğulması ilə bağlı araşdırma aparılır
- Özü qolf oynadı, raketlər onu qorudu - Video
- Babək prospektində avtomobil salonu yandı - Video
- Yağışlı havada maşın sürərkən ehtiyatlı olun!
- Beş rayonda işıq olmayacaq
- Həmin kameralar radar deyil - DİN-dən açıqlama - Video - Yenilənib