12 iyun 2026-cı il tarixində Bakı şəhərində keçirilən Çövkən üzrə 2- ci Dünya Çempionatının yarımfinal mərhələsində Azərbaycan və Uruqvay milli komandaları qarşılaşıb.
BUTA.TV xəbər verir ki, böyük maraqla izlənilən görüşdə Azərbaycan millisi yüksək oyun intizamı, əzmkar mübarizəsi və üstün performansı ilə seçilib. Qarşılaşma boyunca oyuna nəzarəti əlində saxlayan komandamız rəqib qapısından 3 cavabsız top keçirərək Uruqvay millisi üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.
Nəticədə Azərbaycan millisi Çövkən üzrə 2-ci Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanıb. Beləliklə, komandamız dünya çempionluğu uğrunda həlledici mübarizəyə yüksələrək Azərbaycanın idman salnaməsinə növbəti parlaq səhifə yazmışdır. Final görüşündə milli komandamızın əsas hədəfi ölkəmizə dünya çempionluğu titulunu qazandırmaq olacaqdır.
- Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı
- Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
- Ağstafada kişi meyiti tapıldı
- İki qadının boğulması ilə bağlı araşdırma aparılır
- Özü qolf oynadı, raketlər onu qorudu - Video
- Babək prospektində avtomobil salonu yandı - Video
- Yağışlı havada maşın sürərkən ehtiyatlı olun!
- Beş rayonda işıq olmayacaq