Azərbaycanda həbsdə olan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası azaldılıb.
BUTA.TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Anass Derrazın şikayətini qismən təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və onun cəzası 12 ildən 9 ilə endirilib.
İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz rusiyalı oliqarx Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna" yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzəcəyini bildiriblər. Bundan başqa tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.
- Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
- Ağstafada kişi meyiti tapıldı
- İki qadının boğulması ilə bağlı araşdırma aparılır
- Özü qolf oynadı, raketlər onu qorudu - Video
- Babək prospektində avtomobil salonu yandı - Video
- Yağışlı havada maşın sürərkən ehtiyatlı olun!
- Beş rayonda işıq olmayacaq
- Həmin kameralar radar deyil - DİN-dən açıqlama - Video - Yenilənib