13 iyun ölkənin ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün” Son zəng” çalınacaq. 33 illik fasilədən sonra Kəlbəcərin B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində cəmi 1 nəfər şagird məzun olacaq.
BUTA.TV “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, ilk və tək məzun Nəzrin Atakişiyeva Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu Anar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində oxuyub. Hazırda azad olunmuş Kəlbəcərdə fəaliyyətə başlayan B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinfini bitirir. Məzunumuz deyir ki, Kəlbəcərin ilk və tək məzunu olmaq onun üçün böyük qürur və məsuliyyətdir.
“Sinfin yeganə şagirdi olsam da özümü heç vaxt tək hiss etməmişəm. Müəllimlərin və məktəb kollektivinin sevgisi ilə əhatə olundum. Bu gün təkcə öz uğurumu deyil Kəlbəcərin dirçəlişini və gələcəyinə inamı da təmsil etdiyimi düşünürəm. İllər keçsə belə bu uğur və ad unudulmayacaq. Əslində, çox şanslıyam, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam. Səhər məktəbli adından, şagird adından ayrılıram”.
Nəzrin cəmi 1 il burada təhsil alıb. Ancaq bu bu bir ildə doğma yurdda oxumağın dəyərini və vətən sevgisinin əsl mənasını yaşadığını bildirir.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
- Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
- Ağstafada kişi meyiti tapıldı
- İki qadının boğulması ilə bağlı araşdırma aparılır
- Özü qolf oynadı, raketlər onu qorudu - Video
- Babək prospektində avtomobil salonu yandı - Video
- Yağışlı havada maşın sürərkən ehtiyatlı olun!
- Beş rayonda işıq olmayacaq
- Həmin kameralar radar deyil - DİN-dən açıqlama - Video - Yenilənib