Zaqatalada iki nəfəri ilan sancıb, biri ölüb.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə Yuxarı Çardaxlar kəndində qeydə alınıb.
Son üç gündə iki nəfəri ilan sancıb, biri ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir.
Məlumata görə, kənd sakini 49 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-u ailəsinə məxsus əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sancıb. M. Qurbanov yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıya lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan o, Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib. Həkimlərin səyinə baxmayaraq M. Qurbanov ötən gün müalicə aldığı tibb müəssəsində həyatını itirib.
Bundan başqa, Yuxarı Çardaxlar kəndində bu gün daha bir kişini ilan sancıb.
Kənd sakini 34 yaşlı İsmayıl Cuma oğlu Lələyevi yaşadığı evin həyətyanı sahəsində ilan qəfildən sağ ayaq pəncəsindən sancıb. İ. Lələyev Zaqatala rayon mərkəzi xəstəxanasına yerləşdirlib. İ. Lələyevə lazımi ilkin tibbi yardımlar göstərilib.
Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirmək üçün gün ərazində Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndəriləcək.
- Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü
- Hərbi liseyin 26-cı buraxılış mərasimi keçirildi
- Meysəridə alovlu duel - Barbekü manqala qarşı - Fotolar + Video
- Toylarda spirtli içkilər qadağan edilə bilərmi?
- Qətərdən İrana 12 milyard dollarlıq təklif - Danışıqlardakı böhran həll olunur?
- Nazir Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak etdi
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Olimpiya çempionu özünə toy edir - Foto