Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə iyunun 14-də gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib.
Məlumata görə, Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Hadisədən sonra V. Lütfəliyev özünü öldürüb.
Məlumata görə, Xəyalə və İradə Böyük Dəhnə kəndində, Vüsal Lütfəliyev isə Cəfərabad kəndində dəfn olunacaq.
Faktla bağlı araşdırma aparılır.
- Nizamidə əməliyyat: 30 kilo narkotik ələ keçirildi
- Sabahın hava proqnozu açıqlandı
- Daşkəsəndə seldən sonra yol çökdü
- Bakıda dəhşət: Arvadını, qayınanasını və özünü öldürdü
- Nazirlik Hidayət Orucovun ölümü ilə bağlı başsağlığı verdi
- Ağdamda ildırım mağazanı yandırdı
- “O özü səninlə əlaqə saxlayacaq” - Ümumilli Liderin nadir görüntülərindən biri +Video
- Bu rayonlara yağış yağır – Faktiki hava