Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar.
BUTA.TV xəbər verir ki, araşdırmalar zamanı onların müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurladıqları müəyyən edilib.
Həmçinin saxlanılan şəxslərin digər bir həyətyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqlar taladıqları da sübuta yetirilib.
Keçirilən digər tədbir zamanı saxlanılan Rasif Əliyevin isə rayon ərazisində yerləşən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Xankəndi beynəlxalq konfransa ev sahibliyi edəcək
- Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə!
- Nəhayət ki, o “Range Rover” satıldı
- Hüquq təhsili almaq istəyənlərə maneə… - Ekspert
- Keçmiş vəkil ev dustaqlığına buraxılmadı
- Bakının ən təmiz çimərlikləri açıqlandı
- 19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video
- Quzularını qurda tapşırsa, heç belə olmazdı - 700 minlik yeyinti...