Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü - Foto - Yenilənib

09:09 - 22 İyun 2026 - KRİMİNAL

 Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü - Foto - Yenilənib

İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub.

BUTA.TV” xəbər verir ki, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.

R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Beşini vurdular, dördü sayıldı - Video-Yenilənib

Araşdırma aparılır.

Qeyd edək ki, T.Bəhrəmli Vətən müharibəsi iştirakçısıdır. O, Mingəçevirdə məktəblərdən birində gözətçi işləyirmiş.

***

Yaxınlarının bildirdiyinə görə, T.Bəhrəmli hadisəni törətməkdə şübhəli bilinən şəxsin qızı ilə ailə həyatı qurmaq istəyib. Bu məqsədlə o, qızın evinə elçi də göndərib. Lakin tərəflər arasında razılıq baş tutmayıb. Daha sonra isə dava-dalaş düşüb və qızın atası 35 yaşlı Turala zərbələr endirib.

R.Məmmədovun hadisə vaxtı sərxoş vəziyyətdə olması qeyd edilib.

Araşdırmalar davam etdirilir.

Ziya Əmirxanlı

 
 
 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol