Polşa prokurorluğu azərbaycanlı taksi sürücüsü Naibə dəyənəklə hücum etməkdə şübhəli bilinən Mixail R.-yə qarşı ittiham irəli sürüb.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, cinayət işi milli, etnik və ya irqi mənsubiyyət zəminində zorakılıq maddəsi ilə tövsif edilib.
Şübhəli şəxs özünü təqsirli bilməsə də, ifadə verib.
Hadisə iyunun 12-də saat 11:30-da Varşavadakı Qdansk vağzalı yaxınlığında baş verib. Sərnişinin sözlərinə görə, kişi taksi sürücüsünə "Buradan rədd ol!" deyə qışqırdıqdan sonra dəyənək çıxararaq ona zərbələr endirib.
Naib baş nahiyəsindən aldığı kəsilmiş xəsarətlə xəstəxanaya çatdırılıb və ona tikiş qoyulub.
Mixail R.-ni təqsirli bilinərsə, 3 aydan 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məhkəməyədək onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Həmçinin zərərçəkmişlə əlaqə saxlaması və ona 50 metrdən artıq yaxınlaşması qadağan edilib.
Hazırda polis hadisənin şahidlərini axtarır və müşahidə kameralarının görüntülərini araşdırır. Şübhəli şəxs isə vəkili ilə birlikdə könüllü şəkildə polis bölməsinə gəlib.
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto