Polşanın şimalında yerləşən Torun şəhərində anomal isti hava şəraiti qeydə alınıb. Havanın temperaturu 40,3 dərəcəyə yüksələrək ölkə tarixində yeni rekord həddə çatıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə Polşa Meteorologiya və Su Təsərrüfatı İnstitutunun mətbuat katibi “Polsat” televiziyasına açıqlamasında bildirib.
Verilən məlumata görə, bundan əvvəlki rekord temperatur düz 105 il əvvəl – 29 iyun 1921-ci ildə qeydə alınıb. Həmin vaxt ölkənin qərbindəki Proşkov şəhərində termometrlər 40,2 dərəcəni göstərib. Torundakı son göstərici ilə bir əsrlik rekord yenilənmiş olub.
Müşahidə olunan həddindən artıq bürkü və yüksək temperatur səbəbindən Polşada meteoroloji təhlükə səviyyəsi artırılıb. Belə ki, ölkə ərazisində rəsmi olaraq ikinci və üçüncü (ən yüksək) səviyyəli xəbərdarlıq elan edilib.
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...
- DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar