Rusiyanın Xarkova endirdiyi aviazərbə zamanı ağır yaralanan tələbə, Nigeriya vətəndaşı Nani Adaobi Merian Almaniyada müalicə aldığı xəstəxanada vəfat edib.
“BUTA.TV” xəbər verir ki, bu barədə Xarkov Milli Tibb Universiteti məlumat yayıb.
Bildirilib ki, Nani Adaobi Merian iyunun 29-da Rusiyanın Xarkova hücumu zamanı ağır xəsarətlər alıb. Həmin hücum nəticəsində universitetin azərbaycanlı tələbəsi Fatimə Hüseynova həlak olmuş, daha 10 nəfər yaralanmışdı. Hər iki tələbə həmin gün diplomlarını almaq üçün universitetə gedibmiş.
Qeyd olunub ki, Nani Adaobi Merian əvvəlcə Xarkovda, daha sonra isə Almaniyada müalicə olunub.
Qohumlarının verdiyi məlumata görə, tələbənin bədəninin təxminən 90 faizi yanıb, bir gözünü itirib, tənəffüs yollarında ağır yanıqlar qeydə alınıb, bir ayağı isə amputasiya edilibmiş.


- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
- Sabah Bakının bu ərazisində qaz olmayacaq
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı