Bakının Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə BUTA.TV-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata əsasən, məhdudiyyət səbəbindən iyulun 10-12-də 61 və 88A nömrəli müntəzəm marşrutların hərəkəti Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə, 10, 14 və 18 nömrəli müntəzəm marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil edilir.
İyulun 11-12-də isə Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm marşrut müvəqqəti olaraq metronun "Azadlıq prospekti" stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
- Partlayışda ölən yeniyetmənin valideynləri də öldü