Biləsuvarın bu ərazilərində işıq olmayacaq

21:54 - 10 İyul 2026 - GÜNDƏM

 Biləsuvarın bu ərazilərində işıq olmayacaq

Biləsuvarın bəzi ərazilərinin elektrik təminatında fasilə yaranacaq.

BUTA.TV xəbər verir ki, iyulun 11-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasının 10 kV-luq birinci bölməsində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 11:00-dan 13:00-dək Aranlı, Bağbanlar, Çinarlı, Günəşli, İsmətli, Nəsimi, Zəhmətabad kəndləri, eləcə də şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol