ABB uşaqlar üçün ABB mobile daxilində yeni rəqəmsal bankçılıq təcrübəsini istifadəyə verib. Yeni Uşaq Profili uşaqların erkən yaşlardan rəqəmsal maliyyə xidmətləri ilə təhlükəsiz və rahat şəkildə tanış olmasına, məsuliyyətli maliyyə davranışının formalaşmasına dəstək verir.
Uşaq Profili vasitəsilə uşaqlar ABB mobile daxilində özlərinə uyğun rəqəmsal təcrübədən istifadə edə, maliyyə fəaliyyətlərini rahat izləyə, ehtiyac olduqda valideynə pul istəyi göndərə və valideyn tərəfindən verilən tapşırıqları yerinə yetirərək mükafat qazana bilirlər.
Yeni yanaşma uşaqların pulla bağlı ilk təcrübəsini daha sadə, maraqlı və məsuliyyətli edir. Valideynlər isə övladlarının maliyyə fəaliyyətini daha şəffaf şəkildə izləyə, onların pul istəklərini rahat qəbul edə və düzgün maliyyə vərdişlərinin formalaşmasına dəstək ola bilirlər.
Uşaq Profili ABB-nin rəqəmsal ekosistemini uşaqlar üçün də əlçatan edən, onların bankçılıqla ilk tanışlığını valideyn nəzarəti altında təhlükəsiz və rahat şəkildə təmin edən yeni mərhələdir. Hazırda Uşaq Profili funksionallığından Alpha Card sahibi olan 7–17 yaşlı uşaqlar istifadə edə bilirlər.
“17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, 937 Məlumat Mərkəzindən və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
- Naxçıvanda məmurların işdən çıxmasının - Detalları
- Baş Prokurorluq da işə qarışdı - Araşdırma aparılır
- Başçı özünə birinci müavin təyin etdi
- Sabah 38 dərəcə isti olacaq
- Ştaynmayer Əliyevi belə qarşıladı - Video
- Bakıda özəl klinikada ölən körpə zirzəmiyə atılıb?
- İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
- Çevik iş vaxtı şamil ediləcək sahələr və şəxslər açıqlandı