2026-cı il dünya çempionu olan İspaniya millisi vətənə möhtəşəm şəkildə qayıdıb. Madriddə təşkil olunan qələbə paradında 1 milyondan çox azarkeş küçələrə axışaraq, dünya çempionlarını alqışlayıb.
“BUTA.TV” xəbər verir ki, İspaniya millisini daşıyan üstüaçıq avtobus paytaxtın mərkəzi küçələri ilə hərəkət edərkən yüz minlərlə azarkeş “İspaniya!” şüarları səsləndirib.
Futbolçular dünya kubokunu havaya qaldıraraq, qələbə sevincini azarkeşlərlə bölüşüblər.
Qələbə paradından əvvəl komanda Zarsuela Sarayında Kral VI Felipe, Kraliça Letisiya, şahzadə Leonor və şahzadə Sofiya tərəfindən qəbul olunub. Futbolçular daha sonra İspaniyanın Baş naziri Pedro Sançeslə görüşüblər.
Kral VI Felipe mundial zəfərini “epik nailiyyət” adlandıraraq, milli komandanın İspaniyanı yenidən dünya futbolunun zirvəsinə qaytardığını bildirib.
Baş nazir Pedro Sançes isə futbolçulara və məşqçi heyətinə təşəkkür edərək, komandanın 2030-cu il dünya çempionatında da uğur qazanacağına inandığını deyib.
Paradın son dayanacağı Madridin simvolik Cibeles meydanı olub. Meydan və ətraf küçələr İspaniya bayraqları ilə bəzədilib, minlərlə azarkeş çempionluğu gecə saatlarınadək qeyd edib.
Qeyd edək ki, İspaniya millisi finalda Argentinanı məğlub edərək, tarixində ikinci dəfə DÇ-nin qalibi olub. Bu, komandanın 2010-cu ildə Cənubi Afrikada qazandığı ilk çempionluqdan sonra əldə etdiyi növbəti mundial zəfəridir.
- Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto
- Nigar Fərhad haradadır?
- Qaradağ kanalında batan şəxsin meyiti tapıldı
- Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur
- Süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları...
- Mərkəzi Gömrük Hospitalına yeni hüquq verildi