Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib. Layihə çərçivəsində təcili tibbi yardım xidmətində motosikletlərdən istifadə olunacaq.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, dünyanın bir sıra ölkələrində tətbiq edilən bu model paytaxtda da təcili tibbi yardım briqadalarının hadisə yerinə daha qısa müddətdə çatmasına imkan yaradacaq.
Yeni sistemə əsasən, motosikletlə hərəkət edən tibb işçisi hadisə yerinə ənənəvi ambulansdan daha tez çataraq xəstəyə ilkin tibbi yardımı göstərəcək və zəruri hallarda vəziyyəti stabilləşdirən müdaxilələri həyata keçirəcək. Bu isə xüsusilə həyati təhlükə yaradan hallarda vaxt itkisinin minimuma endirilməsinə xidmət edəcək.
Son illər Bakıda nəqliyyat sıxlığının artması fonunda motosikletlə təcili tibbi yardım xidmətinin daha səmərəli fəaliyyət göstərəcəyi gözlənilir. Çünki motosikletlər sıx şəhər trafikində maneələri daha çevik keçərək hadisə yerinə qısa zamanda çata bilir.
Məlumata görə, xidmətə cəlb ediləcək motosikletlər avtomatik xarici defibrilyator, oksigen balonu, travma çantası, reanimasiya avadanlıqları və təcili tibbi yardım üçün zəruri dərman preparatları ilə təchiz ediləcək.
- Bu dəfə qol sayıldı - Canlı-Yenilənir
- "Ezamiyyə vəsiqələri" ilə bağlı yenilik...
- Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto
- Nigar Fərhad haradadır?
- Qaradağ kanalında batan şəxsin meyiti tapıldı
- Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur