Salyanda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, Salyan rayonu Şorsulu kənd sakini 1963-cü il təvəlldlü Nazim Həsənağa oğlu Qasımovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə 1988-ci il təvəllüdlü Razi Namus oğlu Dadaşovun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə toqquşub.
Nəticədə VAZ-2106 markalı avtomobilin sürücüsü Nazim Qasımov, sərnişinlər Salyan rayonu, Şorsulu kənd sakinləri 1982-ci il təvəllüdlü İlkin Qismət oğlu Qasımov, 2006-cı il təvəllüdlü Elnur Faiq oğlu Əhmədov, 1972-ci il təvəllüdlü Vüqar Tahir oğlu Əsədov hadisə yerində ölüb.
2003-cü il təvəlldülü Əlifağa Elsevər oğlu Hümmətov və "Toyota Prado" markalı avtomobildə olan şərnişin Salyan rayonu, Alçalı kənd sakini 2015-ci il təvəllüdlü Namus Razi oğlu Dadaşzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan RMX-na daxil olublar.
Faktla bağlı Salyan rayon Polis Şöbəsidə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
- Bu dəfə qol sayıldı - Canlı-Yenilənir
- "Ezamiyyə vəsiqələri" ilə bağlı yenilik...
- Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto
- Nigar Fərhad haradadır?
- Qaradağ kanalında batan şəxsin meyiti tapıldı
- Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur