2026-cı il dünya çempionatının İspaniya və Argentina arasında keçirilən final qarşılaşması təkcə meydandakı mübarizə ilə deyil, möhtəşəm fasilə şousu ilə də diqqət çəkib. Matçın fasiləsində səhnəyə çıxan dünyaşöhrətli sənətçilərin aldıqları qonorarlar da açıqlanıb.
“BUTA.TV” “The Sun”a istinadən xəbər verir ki, futbol azarkeşlərinin böyük maraqla izlədiyi şou proqramında Madonna, Castin Biber, BTS qrupunun üzvləri, “Coldplay” və Şakira çıxış ediblər.
Final gecəsinin ən çox qazanan sənətçisi isə kolumbiyalı ulduz Şakira olub.
Məlumata görə, DÇ-nin rəsmi mahnılarından birini səsləndirən 49 yaşlı müğənni çıxışına görə 17,5 milyon avro qonorar alıb.
Məlumata əsasən, ən çox qazananlar siyahısında Şakiradan sonra Castin Biber və aktyor Timoti Şalame qərarlaşıb. Hər iki məşhurun 14 milyon avro qazandığı bildirilir.
BTS qrupunun üzvü Lisanın 10,4 milyon avro, Kim Kardaşyanın 9,3 milyon avro, Madonnanın isə 4,6 milyon avro qazandığı qeyd olunur. Bruklin Bekhemin 1,2 milyon avro, Syuzan Boylun isə 600 min avro qonorar aldığı deyilir.
Final qarşılaşmasının fasiləsi üçün stadionun daxilində xüsusi səhnə qurulub. Şou zamanı Madonna braziliyalı futbol əfsanələri Ronaldinyo və Ronaldo Nazario ilə birlikdə səhnəyə çıxıb. Daha sonra Castin Biber, BTS, “Coldplay” və Şakira rəqs nömrələri ilə proqramı davam etdiriblər.
Qeyd edək ki, futbol qaydalarına əsasən, matçların fasiləsi 15 dəqiqə ilə məhdudlaşdırılsa da, DÇ finalındakı şou proqramı səbəbindən fasilə 28 dəqiqə davam edib.





- 28 dəqiqədə milyonlar qazandılar - Fotolar
- Yasamalın bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
- Emin: "Sea Brezze"də Devis Kuboku oyunları keçiriləcək
- “Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları
- Sabah bu ərazilərdə qaz kəsiləcək
- Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - Foto
- “Sabah”dan doğma meydanda qələbə - Video-Yenilənib