Azərbaycanda iyulun 23-də 39 dərəcə isti gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq
- NK iki aya bunu təsdiq edib, Prezidentə məlumat verməlidir
- Onlar vizadan qarşılıqlı azad edildi - Qanun
- Arzumun azadlıqda ilk - Görüntüləri
- Prezident Rauf Arifoğlunu təltif etdi
- Prezident fərman imzaladı
- “Qurbağa terapiyası” zobu müalicə edir? – Video
- Hüquqi şəxslərin biznes hesablarına hücum edən şəxs...
- Temperatur 41 dərəcəyə yüksələcək - Xəbərdarlıq