Dövlət Gömrük Komitəsində aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı xüsusilə külli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BUTA.TV-a verilən xəbərə görə, “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə “alkoqolsuz içkilər” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.
Yoxlama zamanı iki paletdəki 312 ədəd açıq mavi rəngli plastik qablarda maye halında xalis təmiz çəkisi 53 kiloqram 817, 183 qram xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
- “Media Kuboku-2026" minifutbol turniri başa çatdı
- Prezident 3 qurumu ləğv etdi, bir qurum yaratdı
- Azərbaycan üzgüçüləri üçün məhsuldar iyul ayı
- Həmid Herisçinin növbəti karnavalı
- Arzumun azadlıqda ilk görüntüləri - Video
- NK iki aya bunu təsdiq edib, Prezidentə məlumat verməlidir
- İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
- Onlar vizadan qarşılıqlı azad edildi - Qanun