Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“BUTA.TV” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85 % artaraq 100,56 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 98,73 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Məlumat üçün bildirək ki, “Azeri Light”ın qiyməti ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda uzun müddət sonra 100 dolları ötmüş və xeyli vaxt bu həddən aşağı enməmişdi. Lakin iki ölkə arasındakı razılaşmalarla bağlı müzakirələrdən sonra dünya bazarında neft qiymətlərində kəskin enişlər müşahidə edilirdi.
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır
- “20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
- Bakıda 38 dərəcə isti olacaq
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı