2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında Naxçıvan Müəllimlər İnstitutu nəzərdə tutulmayıb.
BUTA.TV modern.az-a istinadən xəbər verir ki, ötən il institut üzrə magistraturaya 30 plan yeri ayrıldığı halda, bu il qəbul planı sıfıra endirilib. Beləliklə, Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə 100 faiz azalıb.
Məlumat üçün qeyd edək ki, 2026-cı tədris ili üzrə magistratura səviyyəsinə qəbul planında Muxtar Respublikada yerləşən digər ali təhsil ocağı – Naxçıvan Dövlət Universiteti üzrə artım qeydə alınıb. Belə ki, universitet üzrə magistraturaya qəbul planı 299 yerdən 355 yerə yüksəlib ki, bu da 56 yer və ya 18.73 faiz artım deməkdir.
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” vurdu, sayılmadı - Canlı-Yenilənir
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır