Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi mədəniyyət nümunələri aşkarlanıb.
“BUTA.TV” xəbər verir ki, tarixi tapıntılar rayon mərkəzində “Narbağı” adlanan sahədə üzə çıxıb.
Belə ki, park salınması məqsədilə ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd ədəd təsərrüfat küpü və digər əşyalar aşkar olunub.
Tapıntılarla bağlı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib.
Məlumat əsasında institutun nümayəndəsi əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlanılıb.
Aşkarlanan maddi mədəniyyət nümunələrinin Azərbaycan tarixinin qədim dövrləri ilə bağlı yeni və əhəmiyyətli məlumatlar ortaya çıxaracağı ehtimal olunur.
Surxay Şahbazov

- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır