Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır

22:18 - 31 İyul 2026 - GÜNDƏM

 Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır

Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq olunacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, xarici dairəvi avtomobil yolunun yan yolunda (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinədək) avqustun 1-i saat 06:00-dan avqustun 3-ü saat 06:00-dək nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Eyni zamanda, Şeyx Şamil küçəsində (H. Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinədək) və Lermontov küçəsində (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinədək) avqustun 1-dən 3-dək yol tam bağlanacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Nigara görə həkimlərə bu cəza verildi

Bəzi istiqamətlərdə isə yollar artıq bağlanıb. Belə ki, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospektindən Parlament prospektinədək) və Şıxəli Qurbanov küçəsində (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək) iyulun 31-i saat 20:00-dan nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məhdudiyyət avqustun 3-ü saat 06:00-dək davam edəcək.

AAYDA sürücülərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı, alternativ yollardan istifadə etməyi, həmçinin təmir aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi riayət etməyi məsləhət görüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol