Bakı şəhəri Xəzər rayonu ərazisində, Zuğulba–Bilgəh istiqamətində velosiped zolağında nəqliyyat vasitələrinin qanunsuz park edilməsi ilə bağlı yayılan görüntülər üzrə polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Bakı şəhər DYPİ-dən “BUTA.TV”ya bildirilib ki, yol hərəkəti qaydalarını pozaraq velosiped zolağında dayanma və parklanma edən sürücülər müəyyən olunub.
Həmin sürücülər barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb:
“Sürücülərin diqqətinə bir daha çatdırılır ki, velosiped zolaqları yalnız velosipedlərin təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Bu zolaqlarda nəqliyyat vasitələrinin saxlanılması və ya park edilməsi yolverilməzdir və bu kimi hallara qarşı nəzarət tədbirləri davam etdirilir”.
Qeyd edək ki, Zuğulba ilə Bilgəh qəsəbələrini birləşdirən yolda salınmış velosiped zolağının avtomobillər tərəfindən zəbt edilməsi ilə bağlı görüntülər yayılıb. Velosiped həvəskarlarının sözlərinə görə, sanatoriyaların və istirahət mərkəzlərinin olduğu istiqamətdə, yolun sağında velosipedçilər üçün salınmış xüsusi zolaq parkinqə çevrilib.
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü
- Rauf Məmmədov vəzifəsindən azad edildi - Foto
- AB səfiri Azərbaycan dilini öynənir - Video
- Kürdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı