Elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilib.
“BUTA.TV” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli qanuna əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Beləliklə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunda da müvafiq uyğunlaşdırıcı dəyişiklik edilib.
- Qeyri-çimərlik ərazilərdə 40 nəfərin meyiti çıxarıldı
- Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü
- FHN-in növbəti yanğın-taktiki təlimi - Foto
- Öncə arvadını sonra özünü bıçaqladı - Kişi öldü, qadın sağdır
- Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri oldu - Yenilənib
- “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...”
- Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı