Tiflisə getmək istəyənlərə sevindirici xəbər

10:45 - 6 Avqust 2026 - GÜNDƏM

 Tiflisə getmək istəyənlərə sevindirici xəbər

Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı–Tiflis–Bakı beynəlxalq marşrutu üzrə sərnişin məmnuniyyətinin daha da artırılması, yüksək tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet satış müddətini artırır.

ADY-dən BUTA.TV-a verilən məlumata görə, yeni tətbiq olunan mexanizmə əsasən, satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır. Hazırda sərnişinlər üçün 30 deyil, 44 günlük bilet satışı açıqdır. Satış pəncərəsi növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90 günə çatdırılacaq.

Bu yenilik sərnişinlərə səfərlərini daha erkən planlaşdırmağa, xüsusilə turizm, işgüzar səfərlər və ailə ziyarətləri ilə bağlı hazırlıqlarını daha rahat həyata keçirməyə imkan verəcək. Eyni zamanda, satış müddətinin uzadılması ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa, zərurət yarandıqda əlavə vaqonların qoşulması və digər əməliyyat qərarlarının vaxtında qəbul edilməsinə şərait yaradacaq.

ADY Bakı–Tiflis–Bakı marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı işləri davam etdirir. Əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqları başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat işləri aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Nigar Fərhadın əri həbs edildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol