Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir tiktoker saxlanılıb.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, 25 yaşlı Melisa Əhmədova (şərti adla) Tiktok sosial şəbəkəsində özünə məxsus “melisa_591” hesabında canlı yayım açaraq, əxlaqsız ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.
O, polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə o, 600 manat məbləğində inzibati qaydada cərimələnib.
Gömrük Komitəsinin məktubunda yazılanlar hüquq prinsiplərinin açıq pozulmasıdır
- Leysan, dolu... - Daha bir xəbərdarlıq
- Qubada Qəçreş yolunda təhlükəli vəziyyət - Video
- Hərbi vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi
- Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- DİM bu imtahanın nəticələrini elan etdi
- Ülviyyə İlyasova fəhləyə borclu qalıb?
- Tiktoker Melisa hava limanında saxlanıldı