Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağdaş rayon şöbəsinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla şöbə rəisi Nurlan Abbasov, həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev və bölmənin zabiti Taleh İsmayılovun 2025-2026-cı illərdə xaricdə təhsillə bağlı hüquqi əsas olmadan möhlət hüququnun verilməsi, ölkədən çıxışa məhdudiyyətin tətbiq olunmaması, habelə təkrar tibbi müayinədən yayındırma müqabilində ayrı-ayrı şəxslərdən təkrarən rüşvət istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə barələrində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.
- Vəkil İlqar Həmidov həbs edildi
- Rəşad Dağlı azadlığa çıxır? - Video
- Bakıda fəvvarədən oğurluq: Əbdülrəhmanov saxlanıldı
- 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
- Təqaüdçülərin pulunu talayan şəxs saxlanıldı
- Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
- Leysan, dolu... - Daha bir xəbərdarlıq
- Qubada Qəçreş yolunda təhlükəli vəziyyət - Video