Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında tikilmiş ümumi sahəsi 1600kv.m. olan obyektlərdən avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən hissədə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazasında baş vermiş yanğın genişlənərək digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60kv.m. sahədə yanıb.
Xəsarət alan olmayıb.
Bitişik yerləşən digər obyektlər yanğından mühafizə olunub.
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni qazandı, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video