Şirkət regionlarda böhran hazırlığını gücləndirmək üçün silsilə təlimlərə davam edir
"Azercell" rabitə infrastrukturunun dayanıqlığının artırılması və böhran hallarına hazırlığın gücləndirilməsi məqsədilə həyata keçirdiyi "Böhran İdarəetmə Qrupu" (BİQ) layihəsinin əhatə dairəsini genişləndirir. Layihənin növbəti mərhələsi çərçivəsində Aztelekom-un Şimal-Şərq Regional Filialının əməkdaşları üçün xüsusi təlim proqramı təşkil olunub.
Təlimlər zamanı iştirakçılar böhran şəraitində rabitə şəbəkəsinin fəaliyyətinin davamlılığının təmin edilməsi, operativ qərarvermə, qəza-bərpa proseslərinin idarə olunması və qurumlararası koordinasiya üzrə nəzəri və praktiki biliklərini inkişaf etdiriblər. Proqram böhran hallarına hazırlıq səviyyəsinin artırılması və regional texniki komandaların peşəkar bacarıqlarının gücləndirilməsinə xidmət edir.
Layihənin növbəti mərhələlərində analoji təlimlərin il ərzində Aztelekom-un bütün regional filiallarında keçirilməsi planlaşdırılır. Bu təşəbbüs ölkənin müxtəlif bölgələrində böhran vəziyyətlərinə çevik reaksiya verə bilən peşəkar texniki resursların formalaşdırılmasına və vahid fəaliyyət standartlarının tətbiqinə töhfə verəcək.
Qeyd edək ki, "Dayanıqlı rabitə, təhlükəsiz həyat!" şüarı altında 2024-cü ildən etibarən "Azercell", Aztelekom və Azerkosmos-un əməkdaşlığı ilə həyata keçirilən "Böhran İdarəetmə Qrupu" layihəsi rabitə xidmətlərinin davamlılığının təmin olunmasına yönəlmiş milli əməkdaşlıq modelidir. Layihə təbii fəlakətlər, texnogen qəzalar və digər böhran hallarında operativ informasiya mübadiləsini, resursların çevik səfərbər edilməsini və qəza-bərpa işlərinin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edən vahid idarəetmə mexanizminin formalaşdırılmasını nəzərdə tutur.
- Azərbaycanda bu institut bağlanır?
- Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
- Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - VİDEO
- Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto
- Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı
- Livanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk
- Şadlıq saraylarında qiymətlər bahalaşdı - Video
- Sabah çimərliklərdə hava necə olacaq? - Proqnoz