Su arxından kişi meyiti tapıldı

09:42 - 18 Avqust 2026 - GÜNDƏM

 Su arxından kişi meyiti tapıldı

Tovuz rayonunun Xatınlı kəndi ərazisində su arxından orta yaşlı kişi meyiti tapılıb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə kəndin girişində qeydə alınıb.

Məlumata görə, su arxında aşkarlanan şəxsin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Ölən şəxsin 1986-cı il təvəllüdlü A.Müseyibov olduğu bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol