Nazir qalmaqallı xanım direktoru işdən çıxardı

10:27 - 20 Avqust 2026 - GÜNDƏM

 Nazir qalmaqallı xanım direktoru işdən çıxardı

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xoşqədəm Vidadi qızı Xudiyeva vəzifəsindən azad edilib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.

Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol