Ötən sutka ərzində Rusiyanın Altay Respublikasının Turaçaq rayonunda ovçular beş ayını güllələyib.
“BUTA.TV” xəbər verir ki, bu barədə məlumatı region hökumətinin Mətbuat xidməti yayıb.
Hazırda bölgədə 20:00-dan 10:00-a qədər komendant saatı qüvvədədir. Gecələr polislərdən və ovçulardan ibarət patrul qrupları növbə çəkirlər.
Məlumata görə, son zamanlar kəndlərdə ayılar peyda olmağa başlayıb.
Xatırladaq ki, avqustun 19-u gecə saatlarında Altayda Artıbaş kəndində yerləşən turist bazasında ayı hücumu qeydə alınıb. Ayı çadırda gecələyən 29 yaşlı qadın turisti meşəyə sürüyərək orada parçalayıb. Daha sonradan adının Snejana olduğu məlum olan qadının qalıqları aşkar edilib.
- “Azercell” 3 mükafat qazandı
- 25 illik övlad həsrəti: 49 yaşında valideyn oldular - Video
- Güzəştli mənzillərə sahib olmaq istəyənlərə şad xəbər
- Zibil poliqonunda ölü döl tapıldı: Prokurorluq hərkətə keçdi
- “Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya
- “Qəzadan sonra maşını dərhal boyayıblar” - Ölən futbolçuların ailəsi narazıdır
- Gəncədə zibil poliqonunda döl tapıldı - Yenilənib
- Xırdalanda qətl: 30 yaşlı kişi küçədə öldürüldü